Yusif Səfərov küçəsində təmir işləri həftə sonunadək davam edəcək

Yusif Səfərov keçəsində aparılan təmir işləri bu həftənin sonunadək davam edəcək. Avtosfer.az xəbər verir ki, bu barədə APA-ya "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib. "Yusif Səfərov küçəsində aparılan təmir işləri bir neçə gün davam edəcək. İşlərin bu həftənin sonunadək yekunlaşdırılması nəzərdə tutulub", - deyə A.Nəcəfli qeyd edib. Ötən gün "Azəravtoyol" ASC-nin yaydığı məlumatda bildirilib ki, aparılacaq təmir işləri ilə əlaqədar olaraq Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən mərkəzə doğru olan istiqamətində Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməyədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır. Məhdudlaşdırma aprel ayının 3-dən 4-ə keçən gecədən etibarən və təmir işləri bitənədək tətbiq ediləcək. Qurum alternativ olaraq sürücülərə Babək prospekti - Fəzail Bayramov küçəsi - Xocalı prospekti - Afiyəddin Cəlilov küçəsi, həmçinin Babək prospekti - Nəcəfqulu Rəfiyev küçəsi - Afiyəddin Cəlilov küçəsi istiqamətlərindən istifadəni tövsiyə edib. Məhdudiyyət paytaxtın mərkəzi küçələrində ciddi tıxaca səbəb olub. Belə ki, Heydər Əliyev, Babək prospektlərində, Yusif Səfərov, Koroğlu Rəhimov, Nəcəfqulu Rəhimov, Afiyəddin Cəlilov və bir sıra digər küçələrdə nəqliyyatın hərəkəti iflic olub.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












