Yüzlərlə erməni Qarabağı tərk etdi

Yüzlərlə insan Dağlıq Qarabağda münaqişənin gərginləşməsi səbəbindən evlərini tərk edib.
Avtosfer.az anspress-ə istinadən bildirir ki, bu barədə BMT-in baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik Cenevrədə qaçqınların işləri üzrə ali komissarın idarəsinə (AKQİ) gətirdiyi məlumatlar əsasında deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağda münaqişənin gərginləşməsi nəticəsində yüzlərlə insan, xüsusilə qadınlar, uşaqlar və qocalar evlərini tərk ediblər. Kəndlərdən köçkünlərin böyük hissəsi şimal-şərq hissəsindən olanlardır.
İdarənin məlumatına görə, insanlar Qarabağın başqa rayonlarına, eləcə də Ermənistana qaçıb. İdarə eyni zamanda qeyd edib ki, məcburi köçkünlərin sayının dəqiq qiymətləndirilməsi mümkünsüz olub. "Qaçqınların bəziləri bildiriblər ki, onsuz da bu 20 il ərzində təmas xəttində atışmalara görə bir neçə dəfə yerlərini dəyişməyə məcbur olublar".
Qurum tərəfindən Ermənistan və Azərbaycan hökumətlərinə köçkünlərin ehtiyaclarını ödəmək üçün humanitar yardımlar təklif edilib.
Bundan əvvəl də, aprelin 6-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndəsi Zaru Amatuni jurnalistlərə açıqlamasında üç minə yaxın erməninin Dağlıq Qarabağda qoşunların təmas xəttindəki gərginliyə görə ərazini tərk etdiyi haqqında məlumat verib.
Onun sözlərinə görə, Dağlıq Qarabağda yardım və digər ehtiyacların miqyası böyükdür. Hələ də kömək üçün müraciətlər davam edir.
Zaru Amatuninin sözlərinə görə, BQXK-nin 15 əməkdaşı Dağlıq Qarabağda çalışır. Amma zərurət yaranarsa, təşkilat daha çox əməkdaşı verməyə hazırdır.
Aprelin 2-nə keçən gecədən bütün cəbhəboyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib. Ermənilərin qərargahları məhv edilib.
Döyüş əməliyyatları zamanı ermənilərin onlarla hərbi texnikası, çox sayda canlı qüvvəsi məhv edilib. Azərbaycanda bu hərbi əməliyyatlar zamanı şəhidlər verib.
Təmas xəttində 3 gün davam edən gərginlik aprelin 5-də saat 12:00-da Müdafiə Nazirliyinin verdiyi məlumata görə, hər iki tərəfin razılığı ilə atəşkəs elan olunub.
Ramazan ayının iyirmi doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Tbilisi prospektində avtobuslar artıq hərəkəti dayandırmayacaq - “cib” zolaqları işə düşdü
F.S. görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO
Nəhəng Çin şirkəti yanacaq sərfiyyatını azaldan yeni texnologiya istehsal edib - RƏSMİ
İranda vəzifəli şəxslərin ölümü dövlətin sisteminə necə təsir edir? – Politoloq AÇIQLADI
Mən altıncı ildir Novruz bayramını Qarabağda qeyd edirəm - Azərbaycan Prezidenti
Paytaxtın 26 küçəsində sıxlıq var - SİYAHI
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR
Avtomobil nömrəsini “bron” etmək olar?
Elektrikli avtomobillər Bakıda yanğın riskini artırıb – İki binanın yanmasının səbəbləri üzə çıxdı
Közərmə lampalarına qadağa qoyuldu; satanlar və ölkəyə gətirənlər cəzalanacaq – AÇIQLAMA










