Zabit Səmədov dünya çempionu oldu - VİDEO

Bu gün Qroznıda Çeçenistan Muxtar Respublikasının ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirinə start verilib. Avtosfer.az Report-a istinadən xəbər verir ki, turnir çərçivəsində “Axmed” kikboksinq klubunun rəhbəri, Azərbaycanın K-1 ustası, döyüşçü Zabit Səmədov WBC Muay Thai versiyası üzrə dünya çempionu titulu uğrunda rumıniyalı döyüşçü Katalin Moroşanu ilə qarşılaşıb. Döyüş rəqibin hücumları ilə başlayıb. Qarşılaşmanın əvvəlində müdafiə mövqeyi tutan Zabit gözlənilmədən Moroşanunun sinəsinə güclü diz zərbəsi endirib. Rəqib nokaut vəziyyətinə düşdüyündən, Z.Səmədov qalib elan olunub. Döyüş 1 dəqiqədən bir qədər artıq çəkib. Z.Səmədovun təxminən 120 azarkeşi Bakıdan iki avtobusla Qroznıya yollanıb və zalda idmançımıza dəstək olub.
Döyüş Rusiyanın “Matç TV” və Türkiyənin NTV telekanalları vasitəsilə canlı yayımlanıb.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












