Zabrat gölündə suyun səviyyəsi qalxıb, bəzi yerlərdə subasma hadisələri baş verib

“Bakı və Abşeron yarımadasında bir neçə ərazidə subasma hadisələri müşahidə olunur”. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov bildirib. O deyib ki, Sabunçu rayonunun bir neçə qəsəbəsində qurunt sularının səviyyəsinin qalxması ilə əlaqədar subasma hadisələri müşahidə olunur: “Rayonun Maştağa qəsəbəsində daş karxanası adlanan ərazidə, Savalan yaşayış massivində, Yeni Ramana qəsəbəsindəki “Şuşa şəhərciyi”ndə subasma hadisələri baş verib. Bəzi ərazilərdə üst (səth) suları, bəzi yerlərdə qurunt sularının ərazini basması müşahidə edilir”.
Nazirlik rəsmisinin sözlərinə görə, Sabunçu rayonunda qurunt sularının çoxalması Zabrat gölünün səviyyəsinin qalxmasına səbəb olub: “Həmin ərazidə çoxlu evlərin tikilməsi, əhalinin orada çox məskunlaşması və ərazidə mərkəzləşmiş kanalizasiya xətti və drenaj şəbəkəsinin olmaması əhalini kustar üsullardan istifadə etməyə məcbur edir. Bu cür üsullardan istifadə də qurunt sularının səviyyəsinin qalxmasına gətirib çıxarır”.
R.Həsənov qeyd edib ki, qurunt sularının səviyyəsinin qalxması nəticəsində adı çəkilən ərazilərdə həyatyanı sahələrin, əkin yerlərinin, yolların subasmasına səbəb olub: “Həmin ərazilərdə əhalinin çox hissəsi relyefin çökək hissəsində məskunlaşıb. Bu da həm qurunt sularının, həm də yağış sularının, ümumilikdə atmosfer yağıntılarının oraya, yamacın çökək hissəsinə toplanmasına səbəb olur. Dik yamaclarda, çökək ərazilərdə evlər tikiləndə belə problemlərin yaranması gözləniləndir”.
Onun sözlərinə görə, Abşeron rayonunun Masazır qəsəbəsində Mirzə İbrahimov küçəsi boyunca da subasma hadisəsi baş verib: “Subasma sahələri hazırda aktiv fazadadır, yəni proses davam edir. Yəqin ki, uzun müddət də davam edəcək, çünki qış və yaz aylarında yağmurlu hava şəraiti davam edir və bu proses də hava şəraiti ilə bağlıdır. Son günlər yağan yağış və qar da Bakı və Abşeron yarımadasına təsirsiz ötüşməyəcək”.
Bakıda və bəzi bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Temperatur 5° enəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Azərbaycanda hərbi toplanış buna görədir
Bakıda işıqforun üç işığı birdən yandı: Sürücülər ... - AÇIQLAMA - VİDEO
Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq - 300-800 metrədək
Bu gün Sumqayıtda 14 min abonentin qazı kəsiləcək
Sahibkarlar niyə sığortadan qaçır? - Külə dönən milyonlar
Dövlət parklanma yaratmağa borclu deyil - Şəhəri iflic edən nədir? - VİDEO
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO










