Zabrat yolu hər gün niyə bağlanır?

Təxminən 2 aydır hər gün Bak-Zabrat yolunda maşınların hərəkətinin yol polisləri tərəfindən dayandırılması, yolun bir müddətlik bağlanması sürücülərin etirazına səbəb olub. YPX əməkdaşları bunu aeroport yoluna girişdəki tıxaca görə etdiklərini bildirirlər. Sürücülər isə yol bağlamağın effekt vermədiyini, əksinə Zabrat yolunda uzun məsafədə süni tıxacların yarandığını iddia edir.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sürücülərin bu narazılığından xəbərdardır: “Bakı-Zabrat yolunun Aeroport şossesi ilə kəsişən hissəsində yol nəqliyyat hadisələri baş verməməsi və sıxlıq olmaması üçün yol polisi əməkdaşları pik saatlarında xidmət aparırlar. Aeroport şossesi strateji əhəmiyyətli, birinci dərəcəli yol olduğu üçün ona üstünlük verilir. Bu da həmin ərazidən keçən avtomobil sürücülərini narahat edir. Bu narazılığı son 2-3 gün ərzində aradan qaldırmaq üçün eyni dərəcədə üstünlük verməyə çalışırıq. Sabunçu körpüsü ilə kəsişən hissəsində quraşdırılan yerüstü keçidin yanında piyadaların qanunsuz yolu keçməsi və taksilərin qanunsuz dayanması hərəkəti daha da çətinləşdirir. Buna görə də keçidin altında da 2 Yol Patrul Xidməti, 2 Post Patrul Xidməti əməkdaşı xidmət aparır. O yolda sıxlıq yaradanlar sürücülər və piyadalardır”.
Polkovnik qeyd edib ki, Bakı-Zabrat yolu təmir edildikdən sonra oradan istifadə edənlərin də sayı artıb: “Sumqayıtdan gələnlər də bu yoldan keçməyə başladı. Həmçinin, Rəsulzadə qəsəbəsində də yolda əsaslı təmir işləri aparılması üçün yol bağlanıb. Bu da öz təsirini göstərib. Həmin yol istifadəyə verildikdən sonra Zabrat yolunda sıxlıq azalacaq.
Bakı-Zabrat yolunda hərəkətin növbəli təşkilinə əsas var idi. Əgər əməkdaşlarımız orada xidmət aparmasa, yol qəzalarının sayı çox olar, həm də sıxlıq yaranar. Bizim sürücülər fikirləşir ki, birinci mən keçim, sonra nə olur olsun. Bu da tıxaca səbəb olur. Eyni zamanda da hər kəs müzakirə etmədən bilir ki, Aeroport yolu birinci əhəmiyyətli yoldur. Yol hərəkətində o yola üstünlük verilir. Bu məsələ digər sürücüləri hiddətləndirməməlidir”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












