Zakir Həsənov: "...bütün hədəflər vuruldu" - FOTO

Azərbaycan Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan başlanan operativ-taktiki təlimlər davam edir. APA-nın xəbərinə görə, bu gün cəbhə boyu ərazilərdə təlimlərin növbəti döyüş atışlı mərhələsi başlayıb. Təlimdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov da iştirak edir. Təlim başlanmazdan əvvəl nazir birlik, birləşmə, hərbi hissə və qərargah rəhbərləri ilə görüşüb. O, Təlimlərin təşkili vəziyyəti ilə maraqlanıb, göstərişlərini verib. Daha sonra təlim başlayıb.
Qeyd edək ki, təlimlər iyunun 24-dək davam edəcək. Təlimlərdə 25 min nəfərədək şəxsi heyət, 300-də çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri iştirak edir.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov son günlər keçirilən təlimlər barədə danışıb. APA-nın verdiyi məlumata görə, Z.Həsənov ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə keçirilən təlimi yüksək qiymətləndirib: “Cənab prezident, Ali Baş Komandan Silahlı Qüvvələrimizin qarşısında vəzifələr qoyub. Bu vəzifələri yerinə yetirmək üçün gecə-gündüz təlimlər keçirməli, şəxsi heyətin döyüş hazırlığını yüksəltməliyik. Mən Baş Qərargah qarşısında vəzifə qoymuşam ki, bütün təlimlər döyüş şəraitinə uyğun keçirilməlidir və keçirilir. Müavinlərim və hərbi birləşmə komandirləri ilə də təlimin gedişində müzakirələr apardım. Tam məsuliyyətimlə deyirəm ki, təlimlər yüksək səviyyədə keçdi, qarşıya qoyulan məqsəqlərə nail olduq, bütün hədəflər vuruldu".
Ölkə başçısı tərəfindən Silahlı Qüvvələrdə aparılan islahatlara toxunan nazir qeyd edib ki, bu islahatlar artıq nəticəsini verir: “Silahlı Qüvvələrimizdə kompleks islahatlar həyata keçirilir. Bu gün Silahlı Qüvvələrdə mövcud olan yüksək səviyyəli döyüş hazırlığı bu islahatların nəticəsidir. Azərbaycan Ordusunun istifadəsində olan müasir avadanlıqlar və silahlar aparıcı dövlətlərin Silahlı Qüvvələri ilə eynidir. Bütün bunlar ölkə başçısının ordumuza göstərdiyi diqqətin nəticəsidir”.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan operativ-taktiki təlimləri başlayıb. Cəbhə boyu ərazilərdə təlimlərin növbəti döyüş atışlı mərhələsi keçirilib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun da iştirak etdiyi atışlı mərhələdə fərqlənən hərbçilər mükafatlandırılıb. İyunun 24-dək davam edəcək təlimlərdə 25 min nəfərədək şəxsi heyət, 300-də çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri iştirak edir.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA













