Zakir Həsənov cəbhədə döyüş təlimlərini izlədi - FOTOLAR

Hərbi Dəniz Qüvvələrində keçirilən təlimlərin döyüş atışlı növbəti mərhələsi icra edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, təlimlərə 3000 nəfərədək şəxsi heyət, 30-dan artıq döyüş gəmisi, katerlər, 20-dək döyüş təyyarəsi, helikopterlər və 20-dən çox raket-artilleriya qurğusu cəlb edilib.

Avqustun 24-də təlimlərin əsas mərhələsində, Müdafiə Nazirliyinin rəhbər heyəti komanda idarəetmə gəmisində dəniz poliqonunda təlim tapşırıqlarını yerinə yetirən qüvvə və vasitələrin manevrlərini və döyüş atışlarını izləyib.
Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunlarının qüvvə və vasitələri, eləcə də xüsusi təyinatlıların iştirakı ilə keçirilən təlimlərin ilkin mərhələsində HDQ-nin tam döyüşə hazır vəziyyətə gətirilməsi, gəmi qruplarının, hissə və bölmələrin cəmləşmə rayonlarına çıxışı, komplektləşdirmə və döyüş uzlaşması tədbirləri müvəffəqiyyətlə yerinə yetirilib.
Növbəti mərhələdə Xəzər dənizinin Azərbaycana məxsus hissəsində enerji infrastrukturunun mühafizəsi üzrə əməliyyatların planlaşdırılması və təlimlərdə iştirak edən qüvvələrə döyüş tapşırıqlarının çatdırılması yekunlaşdırılıb.
Təlimlərin yekun mərhələsində terror-diversiya qrupları tərəfindən ələ keçirilmiş ticarət gəmisinin və neft ixrac özülünün azad edilməsi, həmçinin Xəzər dənizinin əməliyyat zonasına qeyri-qanuni daxil olan şərti düşmən gəmilərinin məhv edilməsi məqsədilə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri və helikopterləri, sahilboyu yerləşdirilən Raket və Artilleriya Qoşunlarının qüvvə və vasitələri, o cümlədən xüsusi təyinatlılar qarşılıqlı əlaqədə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.
Döyüş atışlarının icrası ilə həyata keçirilən təlimlərin əsas mərhələsində şərti düşmənin hədəfləri məhv edilərək qarşıya qoyulan tapşırıqlar uğurla icra edilib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimlərə cəlb olunan şəxsi heyətin peşəkarlığını, praktiki və mənəvi-psixoloji hazırlığının səviyyəsini, həmçinin bölmələrin döyüş qabiliyyətini yüksək qiymətləndirib.



Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










