Zakir Həsənov xüsusi təyinatlı təhsil müəssisələrində olub - VİDEO

Martın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin əsaslı təmir olunan əsgər yeməkxanasına baxış keçirib.
Bu barədə Avtosfer.az-a Müdafiə Nazirliyindən bildirilib. Müdafiə nazirinə iki mərtəbəli geniş yeməkxana binası yüksək keyfiyyətli qida məhsullarının hazırlanması üçün müasir tipli avadanlıqlarla təchiz olunduğu məruzə edilib: "Burada mətbəx və təsərrüfat otaqları, eləcə də ərzaq və əşya anbarları vardır. Yeməkxana kompleksində çörək istehsalı sahəsi də fəaliyyət göstərir". Daha sonra general-polkovnik Z.Həsənov Silahlı Qüvvələrin Hərbi Akademiyasının tədris korpusuna baxış keçirib, əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Qeyd olunub ki, tədris korpusunda hərbi elm və təhsil sisteminin daha yüksək səviyyədə təşkili üçün hər cür şərait mövcuddur. Xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərləri, professor və müəllim heyəti qarşısında çıxış edən general-polkovnik Z.Həsənov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən aparılan struktur islahatları çərçivəsində Milli Müdafiə Universitetinin yaradılması ilə Türkiyə Silahlı Qüvvələri modelinin Azərbaycan Ordusunda tətbiqi, o cümlədən hərbi elm və təhsil sahəsinin inkişafı uğurla davam etdirilir. Müasir dövrdə elmi əsaslarla yanaşmanın vacibliyini qeyd edən nazir elm və təhsilin vəhdət şəkildə tətbiqinin ordu quruculuğunda mühüm rol oynadığını, eləcə də aparılan elmi tədqiqat işlərinin praktiki olaraq həyata keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Sonda müdafiə naziri general-polkovnik Z.Həsənov hərbi elm və təhsil sisteminin daha yüksək səviyyədə təşkili ilə bağlı müvafiq tapşırıqlar verib, xüsusi təyinatlı təhsil müəssisələrinin heyətini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.
Valideyni onu döydüyünə görə 200 manat cərimələnməsi uşağa necə təsir edəcək? – EKSPERT RƏYİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI
Paşinyan Rusiyanın yardımından imtima edib - Politoloq səbəbləri AÇIQLADI
Oğuzda qaçırılan küçə itlərinin aqibəti bilinmir - VİDEO
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı

















