Zamanı qabaqlayan texnologiya: süni intellekt

İnformasiya və kommunikasiya texnologiyaları dövrün əsas xidmətlərindəndir. Bu çərçivədə xüsusən gənclərin maariflənməsi, sahə ilə bağlı yeniliklərdən xəbərdar olması vacibləşib. Bəs müasir Azərbaycan gənci İKT-ilə necə inkişaf edə bilər?
![]()
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, dünyada bir çox ölkə artıq müəyyən qədər rəqəmsallaşıb. “Hətta bəzi ölkələr məsələm Estoniya demək olar ki, tam şəkildə transformasiya olub. Yəni 99 faiz xidmətlərini rəqəmsallaşdırıb. Həmçinin də Azərbaycanda bu istiqamətdə geniş işlər gedir. Dövlət qurumları öz xidmətlərini rəqəmsallaşdırırlar və ölkəmizdə rəqəmsal səriştəlik ən əhəmiyyətli vacib məsələdir. Bu çərçivədə gənclər də rəqəmsal səriştəliyi artırmalıdır. Yəni ki, gənclər də bu rəqəmsallığa ayaq uydurmalıdır. Bu onların öz karyeralarını qurmaqda çox böyük əhəmiyyət kəsb edəcək".
Ekspert bildirib ki, ilk növbədə gənclərimiz rəqəmsal sahədə maariflənməlidir və süni intellektlə bağlı bilgili olmalıdır. "Süni intellektin də iki istiqaməti var. Birincisi süni intellektdə kod yazmaqdır ki, bu hər kəs üçün anlaşılan məsələ deyil. Amma ikinci istiqmət, yəni süni intellekt həlləri ilə bağlı məlumatları hamı öyrənə bilər. Dünyada bir çox platforma məsələn “Google”, “Microsoft” və s. kimi beynəlxalq İT şirkətlərinin artıq rəqəmsal sahədə süni intellekt həlləri var. Burada assistant həlləri var ki, onlarla günlük ünsiyyət, axtarılan məlumatların rahat tapılması və dünyagörüşünün artırılması kimi məsələlər süni intellektlə əlaqəlidir. Bütün peşələrə uyğun da süni intellekt həlləri artıq inkişaf edir. Süni intellektlə artıq rəftarımızı formalaşdırıb, daha yaxşı ünsiyyət qurmalıyıq. Çünki bütün peşələrdə süni intellektin rolu var. Gələcəkdə ya peşələr süni intellektdə inkişaf edəcək, yəni tam olaraq o peşə süni intellektə həvalə olunacaq, ya da süni intellektdə yaxşı ünsiyyət qura bilən gənclərimiz daha yaxşı iş tapmaq imkanları olacaq. Həmçinin gənclərimiz texniki sahələrdə ən azından bir sahə ilə məşğul olmalıdırlar. Bu sadəcə kod yazmaq kimi qəliz sahələr deyil, süni intellektlə peşələrin əlaqələrində gənclərimiz məlumatlı olmalıdır. Hər bir halda texniki bacarıqların çox yüksək səviyyədə olmasa da, texnologiya ilə yaxın ünsiyyət olmalıdır. Həmçinin gənclər kibertəhlükəsizlik sahəsində maariflənməlidir”.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi" istiqaməti üzrə hazırlanıb.

Müəllif: Məhəbbət Tərlanoğlu
Avtomobil sahiblərinə pis xəbər: Yağ qıtlığı yarana bilər – ARAŞDIRMA
Həftəsonu Bakıda iki küçə təmirə bağlanacaq - Sürücülərin DİQQƏTİNƏ
“Prioritet” daha sürətlidir? “Çatdırılma” necə işləyir? - Bilməli olduğunuz məqamlar
Cinayət Məcəlləsinə yeni maddələr əlavə edilib - DTX araşdıracaq
Bakı və Abşeron sakinlərinə ŞAD XƏBƏR: 40 dayanacaq olacaq - VİDEO
Yollarda təmir işləri niyə gecikir? – RƏSMİ AÇIQLAMA
Süni intellekt əmək bazarında rəqabətliliyə necə təsir edir? – Ekspert AÇIQLADI
Bu küçədə yaşıllıq görməni məhdudlaşdırır - Sürücülər qəza riski ilə üzləşir - VİDEO
Süni intellektlə hazırlanan materialların paylaşılmasına nəzarət gücləndirilir – YENİ QANUN
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
“BlackBerry”nin avtomobillər üçün yeni texnologiyası GÜNDƏM OLDU - FOTO










