Zaqatala və Balakəni qasırğa vurdu – FOTO

İyulun 22-i axşam saat 19 radələrində Zaqatala və Balakən rayonları ərazisində qeyri sabit hava şəraiti hökm sürüb, qısa müddətli qasırğa baş verib, leysan yağıb.
Avtosfer.az xəbər verir ki, qasırğa əsasən Zaqatala şəhərinə və rayonun Yuxarı Tala kəndinin dağətəyi hissəsinə ciddi ziyan vurub. Qasırğa nəticəsində yaşayış və inzibati binaların, fərdi yaşayış evlərinin dam örtüyünə ciddi ziyan dəyib, bir sıra ərazilərdə irigövdəli ağaclar yıxılıb. Rabitə və elektrik naqilləri qırılıb. Bir çox maşınlara üzərinə dam örtüyü düşməsi nəticəsində ciddi ziyan dəyib. Rayonun bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Rayon rəhbərliyi, Fövqəladə Hallar Komissiyasının nümayəndələri və müvafiq qurumlar axşam saatlarından başlayaraq fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görür və dəymiş ziyan hesablanır.
Qasırğa və leysan yağış Balakən rayonunda da ciddi fəsadlar törədib. Qasırğa Balakən Rayon Mərkəzi Xəstəxanasının dam örtüyünün 60 faizini qoparıb yerə salıb. Xəstəxananın 3-cü mərtəbəsində yerləşən əməliyyat blokunun avadanlıqlara leysan nəticəsində ciddi ziyan dəyib. Qazbinə kənd tam orta məktəbinin idman korpusunun dam örtüyü, 51 saylı Yol İstismar İdarəsinin əsas və köməkçi binalarının dam örtüyü, bir sıra sosial obyektlərin və fərdi yaşayış evlərin dam örtüyünə ciddi ziyan dəyib. Qasırğa nəticəsində rayonun elektrik və rabitə sisteminə ziyan dəyib, rayonun 70 faizinə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Vəziyyətlə əlaqədar rayonda təbii qazın verilişi dayandırılıb.Hazırda rayonda fəsadların ardan qaldırılması üçün müvafiq tədbirlər görülür.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA













