Zaqatalada 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur - FOTO

Zaqatala rayonunun Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi ilə bağlı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq işlərə başlanılıb.
İyirmi üç min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli Sərəncamı ilə dövlət büdcəsindən “Azəravtoyol” ASC-yə 8,9 milyon manat vəsait ayrılıb.
Tikinti işlərini aparan Zaqatala “14 saylı Yol İstismarı” MMC-nin baş mühəndisi Məmməd İbrahimxəlilov azərtac-a bildirib ki, Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun ümumi uzunluğu 37,5 kilometrdir. Yol 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.
Layihəyə uyğun olaraq yol yatağının eni 10 metr, o cümlədən yolun hərəkət hissəsinin eni 6 metr olacaq. Yolun çiyinləri isə hər bir istiqamət üzrə 2 metr təşkil edəcək. Avtomobil yolunun üzərində 3 körpü inşa ediləcək. Bu körpülərdən birinin uzunluğu 18 metr, ikisinin uzunluğu isə 12 metr olacaq. Bundan əlavə, yol üzərində zəruri olan yerlərdə ümumi uzunluğu 1142 metr olan müxtəlif diametrli 78 ədəd suötürücü boru da tikiləcək.
Hazırda yol yatağının tikintisi işləri aparılır, yola qum-çınqıl qarışığı tökülür. Zəruri olan yerlərdə əvvəlki yol yatağının yararsız qruntu qazılaraq çıxarılır. Eyni zamanda, yol üzərindəki körpülərdən birinin tikintisinə də başlanılıb. Yol yatağının tikintisi başa çatdıqdan sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO













