Zaqatalada partlayış - Polis kapitanı yaralandı

Zaqatalada polis sahə müvəkkilinin iş otağında partlayış baş verib, polis kapitanı qəlpə yaraları alıb. "Qafqazinfo" xəbər verir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün səhər saat 08 radələrində rayonun Bəhmətli kənd sakini, 1971-ci il təvəllüdlü Rövşən Sadəddin oğlu Baliyev bədəninin çoxsaylı qəlpə yaraları xəsarətləri ilə xəstəxanaya daxil olub. Hazırda Rövşən Baliyev xəstəxanada həkim müayinəsindən keçir. Zaqatalada partlayış baş verən sahə müvəkkilinin iş otağı Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun sağ sahilində, Əliabad qəsəbəsinin girişində, hər həftənin bazar günləri fəaliyyət göstərən bazarda yerləşir. Xoşbəxtlikdən partlayış baş verən otağın ətrafında xırda ticarətlə məşğul olan insanlardan xəsarət alan olmayıb. Sahə müvəkilinin otağına əl qumbarası yerləşdirildiyi barədə şaiyələr yayılıb. Sahə müvəkili qapını açan zaman elə əl qumbarasının partladığı bildirilir.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












