Zəhərlənən uşaqların sayı 119 imiş - Səbəb sudur - VİDEO

Sumqayıtda uşaqlar arasında kütləvi zəhərlənmə baş verib. Avtosfer.az ARB-ə istinadən xəbər verir ki, son 3 gündə şəhərin Hacı Zeynalabdin Tağıyev, Novxanı kəndi, Saray və Ceyranbatan qəsəbəsində yaşayan 2-7 yaş aralığında olan 119 uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Valideynlər zəhərlənməyə səbəb kimi suyu göstərirlər.
Nəvəsini xəstəxanaya gətirən Əkbər İsmayılov deyir ki, uşağın vəziyyəti su içən yerdə pisləşib: “Qızdırması qalxdı, ürəyi bulandı. Sistem köçürdülər, evə apardım, sonra əhvalı pisləşdi, yenidən gətirdim”.
Valideyn Altay Əsgərov da qeyd edib ki, 99 faiz uşaqlarda eyni xəstəlikdir: “Qusma, qarıngetmə, yüksək hərarəti var. Hamısı sudandır, zəhərləniblər”.
Səhiyyə Nazirliyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları da xəstəxanada olublar. Uşaqlardan analizlər götürülərək laboratoriyaya göndərilib. Kütləvi zəhərlənmənin səbəbləri laboratoriyanın verdiyi rəydən sonra məlum olacaq.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












