Zəhranın öldürülməsi ilə bağlı yürüş keçiriləcək

Azərbaycanda çoxsaylı gənclər təşkilatları Ermənistan silahlı qüvvələrinin Füzulinin Alxanlı kənd sakinlərini qətlə yetirməsinə etiraz əlaməti olaraq yürüş keçirəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yürüşə sabah Bakıdakı “Bridge Plaza”nın qarşısından başlanacaq. Yürüş iştirakçıları saat 11:00-da Rusiya, 11:20 ABŞ, 12:00-da isə Fransa səfirliklərinin qarşısından keçəcəklər. Nazirlik gəncləri yürüşdə aktiv olmağa çağırıb. Qeyd edək ki, hər üç ölkə ATƏT-in Minsk qrupunun həmsədridir.
Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb. (APA)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












