Zelenski İlham Əliyevə başsağlığı verdi

İyulun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Avtosfer.az xəbər verir ki, Volodimir Zelenski Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarda həmvətənlilərimizin qətlə yetirilməsi ilə bağlı Ukrayna ictimaiyyətinin başsağlığını çatdırıb. Dövlət başçısı başsağlığına görə minnətdarlığını bildirib. Prezident Volodimir Zelenski, həmçinin Ukrayna vətəndaşlarının İrandan təxliyəsi məsələsində Azərbaycanın dəstəyinə görə dövlət başçısına təşəkkür edib. Telefon söhbəti əsnasında ölkələr arasında ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Hökumətlərarası Komissiyanın iclasının tezliklə Bakıda keçirilməsi ilə bağlı razılıq əldə olunub. Azərbaycanın və Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə bir daha qarşılıqlı dəstək ifadə edilib. Ukrayna Prezidenti, eyni zamanda, Azərbaycanın ölkəsinə göstərdiyi humanitar yardımlara görə də minnətdarlığını bildirib.
Azərbaycanın bəzi rayonlarında yollar dumanlı olacaq
Sürücülərə avtomobil nömrələrini sərbəst seçmək icazəsi verildi - Qərar qüvvəyə mindi
Sabah Bakıda hava küləkli olacaq - PROQNOZ
Bakıda yeni yol çəkilir - Sürücülərin işi asanlaşacaq - VİDEO
Meyvə şirələrinin içindən çıxan naməlum maddə nədir? - VİDEO
Sənədsiz evlərin sahiblərinə mühüm xəbər – “Kupça”nı bu qiymətə ala biləcəklər
Hakerlər milyonlarla "Instagram" hesabının məlumatlarını ələ keçirdi
Bu şəxslər məsuliyyətə cəlb oluna bilər – 400 manat ...
Elektromobillərin batareya dillemması... - 7 milyon tonluq saatlı bomba
Bu ərazilərə yalnız avtobusların giriş-çıxışına icazə veriləcək - Tıxac probleminin qarşısı ...
Şimal-Qərb bölgəsində QATI DUMAN: Göz-gözü görmür – VİDEO











