Zelenskidən ŞOK AÇIQLAMA - İllərlə...

Ukrayna prezidenti Vladimir Zelenski əks-hücumdakı çətinliklərə baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin bu il və gələcək illər üçün müharibə planının olduğunu, Rusiyaya qarşı hücumu davam etdirəcəklərini bildirib.
“Reuters”ə danışan Zelenski Ukrayna ordusunun uğurlarına əminliyini ifadə edib.
“Bizim planımız var, müəyyən şəhərlərimiz, müəyyən istiqamətlərimiz var, hədəfimiz var, hara gedəcəyimiz, hansı istiqamətə hücum edəcəyimizlə bağlı planlarımız var”, - Zelenski bildirib.
Qeyd edək ki, Ukrayna prezidenti dünən Kiyevə gələn ABŞ-ın nəqliyyat naziri Pit Butticiç ilə görüşüb. Zelenskinin ofisindən verilən məlumata görə, tərəflər birgə müdafiə istehsalı imkanlarını, o cümlədən hərbi texnika və sursatları müzakirə ediblər.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Zalujnı “The Economist”ə müsahibəsində savaşın dalana dirəndiyini və Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun “mövqe müharibəsinə” çevrilə biləcəyini deyib.
Zelenski isə Zalujnının sözlərini təkzib edərək, müharibənin dalana dirənmədiyini bildirib.
Bəzi ekspertlər Zelenski ilə ordunun əvvəlki komandirləri arasında fikir ayrılıqlarının olduğunu deyirlər.
General Zalujnının 39 yaşlı köməkçisi Gennadi Çestyakov noyabrın 6-da ona göndərilən hədiyyə paketindəki qumbaranın partlaması nəticəsində ailəsinin gözü qarşısında ölüb. (musavat.com)
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır - Sürücülərin diqqətinə!
Bu yollarda tıxac var - SİYAHI
Paytaxtın strateji yolunda ciddi TƏHLÜKƏ
Bakıda güclü duman müşahidə olunur
Hörmüz boğazından keçid ödənişli olacaq? - QƏRAR
Xarici avtomobillər üçün dizelin qiyməti artdı – Bu ölkədə
Azərbaycana soyuq hava kütlələri daxil olub
Bakıda və bəzi bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Temperatur 5° enəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Azərbaycanda hərbi toplanış buna görədir










