Zəlzələ zamanı bəzi evlərin divarlarında çatlar əmələ gəlib - İmişlidə

İmişli rayonunda baş verən zəlzələzamanı bəzi evlərin divarlarında çatlar əmələ gəlib. Avtosfer.az xəbər verir ki, bu barədə İmişli Fövqəladə Hallar Komissiyasından apa-nın Mil-Muğan bürosuna verilən məlumata görə, İmişli ərazisində baş verənzəlzələ zamanı ciddi fəsadlar qeydə alınmayıb. Bəzi köhnə tikililərin divarlarında çatlar əmələ gəldiyi haqqında vətəndaşlardan komissiyaya müraciətlər daxil olub. Dağıntılar barədə müraciət daxil olmayıb. Hazırda rayon Fövqəladə Hallar Komissiyası tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, bu gün İmişli rayonunda iki dəfə yeraltı təkanlar qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzinin açıqladığı məlumata görə, ilk təkan yerli vaxtla saat 08.49-da baş verib. 5.6 maqnitudalı, 25 km dərinlikdə baş verən zəlzələ 4 bala yaxın hiss olunub.
Növbəti zəlzələ isə yerli vaxtla 08:49:49-da İmişli rayonu ərazisində qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 3.9, dərinliyi 22 km olub.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












