Zəncirvari qəzalarda dəyən ziyanı kim ödəməlidir? – FOTO+VİDEO

Avtosfer.az xəbər verir ki, bu barədə arbtv-nin efirində yayımlanan "Günün ardınca" verilişində zəncirvari qəzalarda dəyən ziyanı kimlərin ödəməsi məsələsinə aydınlıq gətirilib. Avtonəqliyyat qəzaları zamanı bəzən sürücülər və sığorta şirkətlərinin mütəxəssisləri arasında anlaşılmazlıqlar yaranır. Bu kimi hallar əsasən zəncirvari qəzalarda baş verir. Dəymiş ziyanın kim tərəfindən ödənilməsi mübahisə doğurur. Sürücü iddia edir ki, zərəri sığorta şirkəti ödəməlidir. Amma bir sıra hallarda ödənişi sürücü özü edir.
Bibiqulu Ramazanov, mütəxəssis: "İcbari sığortada əmlaka dəyən zərər əmlaka dəyən zərərə görə cəmi 5 min manat pul ayrılır. Baxmayaraq ki, 55 min manatdır, amma onun 50 mini insanlara görə ayrılır. 20 min manatlıq zərər dəysə, onun 5 minini sığorta şirkəti ödəyir, qalan məbləği isə zərərçəkənlər məhkəmə yolu ilə sürücüdən tələb edə bilərlər.
Əgər sürücü sərxoş və ya sürücülük hüququ olmadan avtomobil idarə edərkən qəza törədibsə, qarşı tərəfə dəymiş ziyan sığorta şirkəti tərəfindən ödənilir. Sonra sözügedən şirkətin ödədiyi məbləğ şirkət tərəfindən məhkəməyə müraciət olunaraq sürücüdən alınır".
Rəşad Həbibov, DYP-nın əməkdaşı: "Qəza törədib hadisə yerindən qaçan sürücülər 327.6 maddəsi ilə 100 manat və 4 balla cərimələnirlər. Əgər sığortası varsa, zərər verdiyi avtomobilin 5 manatlıq zərərini qarşılamalıdır.
Ümumilikdə qəza yerinin ekspertizasını DYP-nin əməkdaşları həyata keçirirlər. Verilən qərara əsasən, sığorta şirkətləri zərərçəkənlərə kompensasiya ödənişi edirlər. Bu mütəxəssislər DYP-nin qərarlarına etiraz edə bilməzlər".
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA

















