“Zəng edib dedilər ki, başınız sağolsun!” - Hökümənin atası - VİDEO

Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarənin göyərtəsində olan ekipaj üzvlərindən, stüardessa Hökümə Əliyevanın atası Cəlil Əliyev açıqlama verib.
Avtosfer.az xəbər verir ki, C.Əliyev “Qafqazinfo”ya açıqlamasında qızının taleyi ilə bağlı suala belə cavab verib:
“Bu gün təyyarə qəzasında ekipaj üzvləri arasında olanlardan biri də, mənim qızım Hökümə Əliyevadır. Azərbaycan Hava Yollarından mənə zəng edib dedilər ki, başınız sağolsun! Başqa heç nə bilmirəm”.
O bildirib ki, Hökümə 2016-cı ildən Azərbaycan Hava Yollarında çalışıb.
Xatırladaq ki, daha əvvəl Ə.Hökümənin qardaşı Coşqun Nəsibli bildirib ki, bacısının şəxsiyyətinin müəyyən edilməsi üçün ondan DNT analizi götürülüb.
Onu da əlavə edək ki, Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib ki, qəzaya uğrayan təyyarənin 3 ekipaj üzvü sağ qalıb, ikisi həlak olub.
Qeyd edək ki, təyyarənin qəza enişi etməsindən bir neçə dəqiqə öncə videogörüntüləri yayılıb. 33 yaşlı Hökümə Əliyeva həmin görüntülərdə son ana qədər sərnişinlərə təlimat verən, onları təmkinli olmağa səsləyən həmin ekipaj üzvüdür. Onun “Hər şey yaxşı olacaq” dediyi video sosial mediada geniş müzakirə olunur.

Ölkənin ən gənc generalı Elxan Məmmədovun oğlu imiş
Bakı sakinlərini sevindirəcək xəbər - 64 milyonluq yeni layihə
“Changan”ın rəsmi servisindən aldığı avtomobil istismara yararsız olub - VİDEO
Rusiya ilə Ukrayna arasında gizli razılaşma: müharibə başa çatır? – Politoloq AÇIQLADI
Bolt 2025-ci ildə Azərbaycanda ən çox yüklənən səyahət tətbiqi olub
Metroda Yaşıl və Qırmızı xətlərdə yubanma aradan qaldırılıb - FOTOLAR
Bakıya tramvay xəttinin çəkilməsi çox vacibdir - Hüquqşünas
Tramvay xətti "28 May" ərazisində belə görünəcək - FOTO
Bakıdan Sumqayıta və əksinə taksi ilə getmək mümkün olmayacaq - 50 manat cərimə
Bakı yolları "sıxılır": Ensiz zolaqlar nəyə xidmət edir...
Yerli turistlər meşə zonasını zibilxanaya çevirdi; polis hərəkətə keçdi - VİDEO











