Zəngəzur dəhlizi açılmalıdır, buna alternativ yoxdur - QDİƏT PA baş katibi

Zəngəzur dəhlizi açılmalıdır, buna alternativ yoxdur. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) baş katibi Asəf Hacıyev deyib. Asəf Hacıyev bildirib ki, Zəngəzur dəhlizi Qara dəniz bölgəsinə aiddir: “Əsas prinsip əməkdaşlıqdır. Zəngəzur Dəhlizi olmasa, əməkdaşlıq necə olacaq?! Əməkdaşlıq üçün bəzi yollar var. Məsələn, bunlardan biri İran üzərindəndir. Amma bu gün iqtisadiyyatda hamı ucuz yollar axtarır. Ən ucuz yol da Zəngəzur dəhlizidir. Bu gün Zəngəzur dəhlizi ilk növbədə Ermənistana lazımdır, çünki Azərbaycan öz məsələlərini həll edib. Ona görə düşünürəm ki, onların da ağlı başına gələcək və Zəngəzur dəhlizi açılacaq. Zəngəzur dəhlizi açılmalıdır, buna alternativ yoxdur. Dünyada belə misallar var. Rusiyadan Kalininqrada gedəndə Litvadan keçirlər, ancaq qatar yoxlanılmır. Necə olar ki, mən ölkəmin bir ərazisindən digərinə keçirəm, amma məni yoxlasınlar? Azərbaycan vətəndaşlarının keçidi yoxlanışsız olmalıdır. Yüklərin yoxlanışı isə müqavilə və ya danışıqlar yolu ilə ola bilər”.
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ










