"Zəngəzur dəhlizi Avropa İttifaqı üçün böyük əhəmiyyətə malikdir" - Səfir

"Zəngəzur dəhlizi Avropa İttifaqı üçün böyük əhəmiyyətə malikdir".
Avtosfer.az "Trend"ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç Bakıda keçirilən Mərkəzi Baltik - Azərbaycan biznes forumu çərçivəsində bildirib.
"Zəngəzur dəhlizi Aİ üçün mühüm əhəmiyyət daşıyır, lakin dəhlizin inkişafına dair konkret planlardan danışmazdan əvvəl bütün detallar üzərində diqqətlə işləmək vacibdir", - deyə o qeyd edib.
Kuyundziç bildirib ki, Azərbaycan və Aİ nəqliyyat məsələləri üzrə aparılmış dialoqun nəticələrini təhlil edir və yaxın vaxtlarda - ola bilsin elə bu il - müzakirələri davam etdirməyi planlaşdırır.
Səfir həmçinin Aİ-nin Azərbaycan və Ermənistanı sülh prosesində irəliləyiş münasibətilə təbrik etdiyini bildirib.
"Biz məmnunuq ki, bu proses nəhayət həyata keçir, ölkələr arasında münasibətlər normallaşır və bölgədə sabitlik və sülhün bərqərar olmasını görməkdən olduqca şadıq",- deyə diplomat əlavə edib.
Bakının iki böyük qəsəbəsini birləşdirən yol tikilir - VİDEO
Sürücülər üçün təhlükə törədən səki - "Nə işıq, nə yol nişanı var" - VİDEO
Bakıda yaşıllıq məhv edilərək yerində restoran tikiləcək? - VİDEO
Yeni Ələt–Astara magistralında qatı duman hərəkəti çətinləşdirib
Avtomobillər buzlu yollarda qəza edir - Qardan sonra fəsadlar - VİDEO
Gecə saatlarında sürət yarışları keçirilən yol - Nə radar var, nə kamera - FOTOLAR
Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? - AÇIQLAMA
Bir mübahisə, onlarla zərərçəkən: "Peşəkar sürücülərin çoxu Avropaya üz tuturlar"
Günay Ağamalı AVP sədri seçildi - YENİLƏNİB
Təyyarə qalmaqalında kritik nöqtə – Putin sözünü niyə tutmadı?
Paytaxtın bu küçələrində tıxac var - SİYAHI











