Zəngəzur dəhlizi ilə bağlı nələr gözlənilir? - Ermənistandan qayıdan ekspertdən AÇIQLAMA - VİDEO

13–14 fevral 2026-cı il tarixində Ermənistanda, Tsaxkadzor şəhərində “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti, ekspert icması və media nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib.
Avtosfer.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai şuranın üzvü, nəqliyyat eksperti Rauf Ağamirzəyev də bu görüşdə iştirak edib. Studiyamızın qonağı olan Rauf Ağamirzəyev Ermənistanın sərhədboyu yolları, TRIPP layihəsi və Ermənistanda sülh prosesinə münasibət barədə danışıb. O qeyd edib ki, bu dəfəki səfər tarixi əhəmiyyət daşıyıb:

“Çünki 30 il ərzində Azərbaycandan Ermənistana quru yolu ilə, yəni sərhəd məntəqəsindən keçərək səfər edən olmamışdı. Bu məhz sülh yolunda atılmış addımdır. Elə təşəbbüsün adı da “Sülh körpüsü”dür. İştirakçılar dəyişən regional təhlükəsizlik mühiti və sülh prosesi nəticəsində yaranan iqtisadi imkanlarla bağlı fikir mübadiləsi apardılar. Bu keçid iştirakçılar tərəfindən etimadın möhkəmləndirilməsi istiqamətində mühüm praktik addım və iki ölkə arasında normallaşma prosesinin mərhələli şəkildə irəliləməsinin aydın göstəricisi kimi qiymətləndirilib.
Müzakirələr Azərbaycan-Ermənistan münasibətlərinin cari mərhələsinə və gələcək inkişaf istiqamətlərinə, 8 avqust 2025-ci il tarixində Vaşinqton Sammitində dəstəklənmiş sülh gündəliyinin icrasına və bunun region üçün nəticələrinə həsr olunub. Düşünürəm ki, bütün bu proseslər sülhə gedən yolda önəmli bir addımdır.
Ermənistanla Azərbaycandakı yolları müqayisə etsək deyə bilərəm ki, ölkəmizin yolları son 20 ildə çox təkmilləşib. Bir sıra yollarımız magistral səviyyəsinə çatdırılıb, 2 zolaqlı yoldan 4 zolaqlı yollara keçirilib. Bu işlər artıq Qərb istiqamətində bitib. Ermənistanda yollar sərhədboyu yaxşı vəziyyətdə olsa da, əksəriyyəti 2 zolaqdan ibarətdir, müəyyən hissələrdə isə bu 4 zolağa keçir. Ümumi olaraq qənaətbəxş hesab etmək olar, amma dəhlizlər kontekstində baxanda genişləndirilməsinə ehtiyac var.
TRIPP layihəsi ilə bağlı müəyyən işlər görülüb. Yaxın günlərdə layihənin yeni mərhələsinə keçid üçün Vaşinqtonda görüşlər keçiriləcək və texniki-iqtisadi əsaslandırma, aktiv tikinti işləri, eləcə də daha sürətli icrası yönündə işlər görüləcək”.
Rauf Ağamirzəyevlə həmin müsahibəni sizə təqdim edirik:
Səfər
Taksilər və sərnişinlər üçün VACİB QƏRAR: Gediş haqqı artacaq?
Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Bakının mərkəzində hərəkət məhdudlaşdırılacaq - Bu tarixədək
Bakıda "Land Rover"in sürücüsü həyəti özününküləşdirdi — FOTOLAR
Yeni ödənişli yolun məbləği ilə bağlı TARİF ŞURASINDAN AÇIQLAMA
Bəzi dövlətlər ikili standartlara görə BMT-dən çıxacaq – POLİTOLOQ
DTX-də peşə bayramı günü münasibətilə tədbir keçirilib - FOTO - VİDEO
Yağışda batan avtomobillərin zərərini KİM ÖDƏYƏCƏK? - AÇIQLAMA
Putinlə paşinyanın Paşinyan gərgin görüşü – Kreml Ermənistanı hədələyib? - Politoloqdan AÇIQLAMA
Bakıda 75 ilin binasındakı vəziyyəti memar İFŞA ETDİ - FOTOSESSİYA
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq










