Zəngəzur dəhlizi ilə bağlı SON DƏQİQƏ - Hərəkətə keçilir

Azərbaycan və ABŞ nümayəndələrinin iştirakı ilə Bakıda keçirilən son görüşlər regional nəqliyyat-kommunikasiya xəttlərinin açılması, xüsusilə də TRIPP marşrutunun həyata keçirilməsi istiqamətində yeni və mühüm mərhələnin başlandığını göstərir.
Tərəflər arasında aparılan müzakirələrdə təkcə siyasi niyyətlər deyil, həm də marşrut boyunca zəruri infrastrukturun qurulması, eləcə də bu layihəyə nəzarət edəcək xüsusi idarəetmə şirkətinin yaradılması məsələləri ətraflı şəkildə nəzərdən keçirilib. Bununla paralel olaraq, görüş zamanı Azərbaycan-Ermənistan sülh prosesinin irəlilədilməsi, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində atılacaq addımlar da diqqət mərkəzində olub. Tərəflər həmçinin əvvəllər Vaşinqtonda imzalanmış üçtərəfli bəyannamənin nəticələrini və Azərbaycan-ABŞ strateji tərəfdaşlığının gələcək perspektivlərini geniş şəkildə müzakirə ediblər.
ABŞ və Azərbaycan arasında TRIPP marşrutunun reallaşdırılması istiqamətində danışıqların bu cür intensivləşməsi layihənin artıq sadə siyasi bəyanatlar mərhələsindən çıxaraq real praktiki icra prosesinəqədər yaxınlaşdığını açıq şəkildə nümayiş etdirir. Xüsusilə marşrut üzrə idarəetmə şirkətinin təsis edilməsi və infrastrukturun formalaşdırılması mexanizmlərinin masaya yatırılması təşəbbüsun institusional əsaslarının qısa müddətdə qurulacağını göstərir. TRIPP layihəsinin praktiki olaraq həyata keçirilməsi və nəqliyyat dəhlizinin tam işlək vəziyyətə gətirilməsi üçün tərəflərin yaxın dövrdə hüquqi, texniki və təhlükəsizlik təminatları ilə bağlı yekun razılaşmaları tamamlaması gözlənilir.
Məsələ ilə bağlı açıqlama verən tanınmış politoloq, professor Qabil Hüseynli bildirib ki, Bakı ilə Vaşinqton arasında bu istiqamətdə aparılan intensiv müzakirələr Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması prosesinin yeni mərhələyə qədəm qoyduğunu göstərir və TRIPP marşrutu regionun geosiyasi mənzərəsini kökündən dəyişmək potensialına malikdir:
"Azərbaycan və ABŞ nümayəndələrinin TRIPP marşrutunun reallaşdırılması, infrastrukturun qurulması və idarəetmə şirkətinin yaradılması ətrafında müzakirələr aparması onu göstərir ki, layihə artıq kağız üzərindən çıxaraq praktiki icra mərhələsinə keçir. Bu proses həm də Azərbaycan-Ermənistan sülh gündəliyinin tərkib hissəsi kimi regionda iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edir. İdarəetmə şirkətinin təsis olunması isə marşrutun təhlükəsiz və beynəlxalq standartlara uyğun şəkildə idarə edilməsini təmin edəcək əsas mexanizmlərdən biri olacaq"./nocomment.az
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












