Banner

Zəngəzur dəhlizi ilə Naxçıvana elektrik xətti çəkiləcək - VİDEO

Gündəm 15 Fevral 2022 16:12 Oxunub 1702
Zəngəzur dəhlizi ilə Naxçıvana elektrik xətti çəkiləcək - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Zəngəzur dəhlizi ilə Naxçıvana 330 kV-luq elektrik xəttinin çəkilməsi gündəmdir.

Bunu Trend-ə suallarını cavablandırarkən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev deyib.

T.Abdullayev bildirib ki, Cəbrayıl rayonuna Ağcabədi və İmişlidən 330 kV-luq xəttin çəkilməsi nəzərdə tutulur.

“Zəngəzur dəhlizi vasitəsi ilə Avropaya enerji ixrac edilməsi nəzərdə tutulur. Ağcabədi 330 kV-luq yarımstansiyasının tikilməsi və bu xəttin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana çəkilməsi və həmin xətt vasitəsi ilə elektrik enerjisinin Türkiyəyə oradan da Avropa bazarına ixrac edilməsi məsələsi nəzərdə tutulur”, - deyə T.Abdullayev əlavə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh