Zəngəzur dəhlizinə kim nəzarət edəcək? - Görüşün PƏRDƏARXASI

Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanı sülh danışıqlarının “son mərhələsi” hesab edilən prosesi başlatmaq üçün görüşdürəcək. Bununla belə, “son mərhələ"nin nədən ibarət oldugu və nəticəsinin necə olacağı hələ də bəlli deyil.
Dövlət Departamenti də planlaşdırılan görüşlə bağlı şərh verməyib. Xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov hazırda BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorkdadırlar. Sabah gözlənilən danışıqlar Blinkenin üç aydan az müddətdə ABŞ-da azərbaycanlı və erməni həmkarları ilə ikinci üçtərəfli görüşü olacaq.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, bu görüşdən ciddi nəticə gözləmək yanlışdır:
“Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsindəki bu kimi görüşlərinin hansısa bir ciddi uğurla nəticələnəcəyini düşünümürəm. Birincisi, 4 ildir ki, danışıqlar gedir. Bir çox məsələlər müzakirə olunub. Razılaşdırılmış və razılaşdırılmamış məsələlər bəllidir. Lakin razılaşdırılmamış mövzuların hansının ətrafında yaxınlaşma var, bu bilinmir. Əksinə, prezidentin parlamentin açılış iclasındakı son nitqi kəskin mövqedə idi. Ölkə başçısı açıq-aydın bildirdi ki, Ermənistan daşı ətəyindən tökməlidir və beynəlxalq hüququn tələblərini qəbul etməlidir. Ermənistanın bu məsələlərdə hansısa mövqeyinin dəyişməsi haqqında heç bir əlamət yoxdur. Bu baxımdan ABŞ tərəfinin nikbin öncəgörmələri və yanaşması məncə, əsassızdır”.
Politoloqun fikrincə, danışıqların daha effektiv nəticələr verməsi üçün Bakı ilə İrəvan təkbətək və ikili görüşlər keçirməlidir:
“Mənə elə gəlir ki, nə Rusiya, nə İran, nə də hansısa Qərb ölkəsi bu məsələyə qarışmamalıdır. Hər iki ölkə sadəcə ikitərəfli qaydada görüşlər və danışıqlar keçirməlidir. Belə olan təqdirdə Azərbaycan və Ermənistan sülhə daha tez yaxınlaşacaq. Hazırda hər bir vasitəçi dövlət bu məsələdə öz mənafeyindən çıxış edir. İran dəhlizə nəzarətin Qərbə keçməsini istəmir, lakin Rusiyanın olmasının da tərəfdarı deyil. Qərb isə Moskvanın regiondakı fəaliyyətlərinə qarşıdır. Adama deyərlər ki, sizə nə var? Bu yol Ermənistandan keçməklə, Azərbaycanı Naxçıvanla biləşdirəcək. Deməli, bu məsələ 2 dövləti maraqlandırır. İndiki vəziyyətdə top Ermənistanın meydanındadır. İrəvan Rusiya ilə münsibətlərini tam qaydasına qoyduqdan sonra, dəhlizə kimin nəzarət edəcəyi tam dəqiq bilinəcək. Yerdə qalanlar isə sadəcə texniki məsələlərdir”.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












