Zəngilan Rayon Polis Şöbəsində anım mərasimi keçirilib

Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə Zəngilan Rayon Polis Şöbəsinin rəhbərliyinin təşkilatçılığı ilə anım mərasimi keçirilib. Mərasimdə Veteranlar Şurasının nümayəndələri, Xocalıdan olan və həmin dəhşətli gecənin canlı şahidi olmuş məcburi köçkün ailələri iştirak ediblər. Tədbirdən əvvəl Xocalı soyqırımı qurbanlarının, eləcə də topaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ənvər Həsənov bu faciənin təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı yönələn ağır cinayətlərdən biri olduğunu qeyd edib. Ə.Həsənov bildirib ki, Xocalı faciəsinə siyasi-hüququ qiymət verilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Polis rəisi Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması yolunda ölkə rəhbərliyi tərəfindən beynəlxalq arenada görülən işlər barədə mərasim iştirakçılarına ətraflı məlumat verib.
Anım mərasimində çıxış edən polis veteranları və məcburi köçkün ailələri Xocalı soyqırımı, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş dərəcə ağır cinayət kimi qiymətləndiriblər.
Tədbirdə Azərbaycanın haqq səsinin eşidiləcəyinə, ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcəyinə, Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarını düşməndən tezliklə azad edəcəyinə və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə olunub.
Sonda Xocalı soyqırımını özündə əks etdirnə videoçarxr və filmlər nümayiş olunub.
Elmin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI














