Zəngilanda 28 ildən sonra uşaqlığına qovuşmaq… - FOTO - VİDEO

Zəngilanda, doğma kəndimiz Babaylıda uşaqlığımı tapdım. Düz 28 ildən sonra 12 yaşımda başıma qoyduğum papağın qalığını uçub dağılmış evimizin ortasından, daşların arasından çıxardım.
O butulka da məni uşaqlığıma apardı. Yadıma gəlir, ata-anamı xəstələnəndə çox vaxt mən bankalayardım. O bankaya isə kanfra-spirt doldurardıq.
Uşaq əllərimlə o qədər toxunmuşam ki ona…
İki ildir Zəngilan azaddır. 6 dəfə kəndimizdə olmuşam. Nə ilk gedişimdə, nə də sonrakılarda ağladım, ağlaya bilmədim. Donmuşdum sanki.
Tanış bir mənzərə görmürdüm ki, xatırlayım. Hər şey darmadağın idi axı. Amma bu papağın qırıntısı və o butulka o qədər doğma gəldi ki, hönkürdüm, ağladım. Toxdaqlıq tapdım…
Götürmədim. Qaldı orda. Hər gedəndə uşaq kimi oynayacam o xatirələrimlə.
Heç kim məni qınamasın. Köçkünləri bəxtəvər sayanlar bir də bu hissi yaşasın. Çürük parçaya, boş şüşəyə baxıb ağlamağı, uşaqlığa qayıtmağı anlamaq çox çətindir. Ancaq bu bizim faciəmizdir. Dərindən yanaşanda isə bütün bəşəriyyətin faciəsidir…
Videonu Ağalı kəndinə ilk köçənlərdən olan bibimin həyat yoldaşı Vəliyəddin Paşayev çəkib. Məni qucaqlayıb təsəlli verən isə bibim Kamilədir. Uşaq kimi ağladım deyə o da məni uşaq kimi ovudub sakitləşdirir…
Elməddin Muradlı
Nömrənin itməsinin qarşısını necə alaq?
Bu gündən Azərbaycanda elektron siqaretlər qadağan olundu
Bu yolda sağa dönmək üçün qırıq xətlər əlavə olunacaq - Sürücülərə ŞAD XƏBƏR - VİDEO
AYNA-nın bəzi dayanacaqları niyə qıfıllanır? - SƏBƏB AÇIQLANDI - VİDEO
Bakı-İrəvan təyyarə reysləri açılır: Biletlər bu qiymətədir
Tramp İranla razılığa gəlinməsi mövzusunda yalan danışır? – Politoloq AÇIQLADI
Paytaxtın 16 küçəsində tıxac var - SİYAHI
Qatarlarda və vağzallarda elektron siqaretlərin istifadəsinə görə cərimə tətbiq ediləcək - FOTO
Zabratda qəbiristanlıq su altında qalıb; qurumlardan reaksiya yoxdur - VİDEO
Azərbaycanda elektron siqaret satanların nəzərinə: Sabahdan...
Sabahdan bu qaydanı pozanlar cərimə olunacaq - 30 manat...















