Zəngilandakı yanğını polis, FHN və DSX əməkdaşları söndürdü - VİDEO
Gündəm
14 İyul 2022 18:53
Oxunub 1138

Zəngilan rayonu, Rəzdərə kəndi ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Nazirlikdən Avtosfer.az-a bildirilib ki, yanğın nəticəsində, ilkin məlumata əsasən, təxminən 60 hektara yaxın sahədə kol-kos, quru ot və seyrək ağaclıq yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak edib.
***11:03
Zəngilan rayonu, Rəzdərə kəndi ərazisində yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. FHN-dən verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının quru ot, kol-kos və seyrək ağaclıq ərazidə baş verdiyi məlum olub. Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb. Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub.
Əlavə məlumat veriləcək.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













