Zəngilanın digər kəndlərinin də tikintisinə başlanılacaq – RƏSMİ
Gündəm
21 Noyabr 2022 13:49
Oxunub 1260

“Gələn ilin ortalarında, bəlkə də ondan da tez Zəngilandakı digər kəndlərin tikintisinə başlanılacaq”.
Avtosfer.az xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, artıq Zəngilan şəhərinin də layihələndirmə işləri başa çatıb:
"Gələn il Zəngilanda da tikinti işləri başlayacaq. Ümumiyyətlə, gələn ildən bir sıra inzibati binaların tikilməsi kimi böyük layihələr həyata keçiriləcək".
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













