Zərdabda qəzada ölənlərin kimliyi məlum oldu - YENİLƏNİB

Zərdabda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanların şəxsiyyətləri məlum olub. Xəsarət alanlardan biri dünyasını dəyişib. APA-nın xəbərinə görə, hadisə yerində dünyasını dəyişən "VAZ" markalı maşının sürücüsü Kürdəmir rayon sakini 1976-cı il təvəllüdlü Qabil Qaybalı oğlu Rzayevdir. Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən minik maşınında olan sərnişinlər, 1984-ci il təvəllüdlü Ramilə Rəhimdar qızı Zeynalova və onun azyaşlı qızı 2012-ci il təvəllüdlü Dəniz Kamran qızı Məmmədovadır. Həkimlərin səyinə baxmayaraq R. Zeynalova Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, hadisə axşam saatlarında Zərdab- Kürdəmir yolunun Zərdab rayonunun Əlvənd kəndindən keçən hissəsində qeydə alınıb. "VAZ-2106" markalı minik maşını ilə yük maşını toqquşub. Nəticədə "VAZ" markalı maşının sürücüsü hadisə yerində dünyasını dəyişib, maşında olan bir qadın və bir azyaşlı isə ağır xəsarət alıblar. Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin əməkdaşları minik maşınının sürücüsünün sıxılmış meyitini çıxararaq aidiyyətı üzrə təhvil veriblər. Yaralılara isə Zərdab rayon təcili tibbi yardım həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib və onlar ən yaxın məsafədə yerləşən Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Hadisənin baş vermə səbəbi araşdırılır.
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT












