"Zeytun budağı" Türkiyədə aviareyslərə təsir göstərəcəkmi? - Nazirlikdən açıqlama

Suriyanın Afrin şəhərinin PYD və YPG terror təşkilatlarından azad olunması məqsədilə aparılan "Zeytun budağı" hərbi əməliyyatı Türkiyə mülki aviasiyasının fəaliyyətinə təsir göstərməyəcək. Avtosfer.az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə Türkiyənin Nəqliyyat, Gəmiçilik və Kommunikasiya Nazirliyindən bildirilib. Nazirlikdən deyilib ki, Suriyanın şimalında aparılan əməliyyatlar Türkiyənin sərhədyanı vilayətlərinə həyata keçirilən uçuşların ləngiməsinə səbəb olmayacaq.
Qeyd edək ki, bundan əvvəl bəzi yerli KİV-lər hərbi əməliyyatlar səbəbindən təhlükəsizlik məqsədilə sərhədyanı vilayətlərə bir sıra daxili aviareyslərin ləğv ediləcəyini yazmışdı.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












