Yol polisi “Təmiz Hava” aylığına başlayır – 50 manat cəriməsi var

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə Tədbirlər Planına əsasən, 2026-cı il aprelin 25-dən mayın 15-dək respublika ərazisində “Təmiz Hava” aylığının keçirilməsi nəzərdə tutulmuşdur.
Avtosfer.az xəbər verir ki, birgə həyata keçiriləcək tədbirin əsas məqsədi, atmosfer havasının çirklənməsinin qarşısının alınması, nəqliyyat vasitələrindən ətraf mühitə atılan zərərli tullantıların minimuma endirilməsi, ekoloji təhlükəsizliyin təmin olunması və əhalinin sağlam ətraf mühitdə yaşamasına töhfə verməkdir.
Aylıq çərçivəsində yol polisi əməkdaşları tərəfindən ekoloji normalara cavab verməyən, normadan artıq tüstü və zərərli qaz buraxan nəqliyyat vasitələri müəyyən edilərək qanunvericiliyə uyğun tədbirlər görüləcək. Eyni zamanda sürücülərlə maarifləndirici söhbətlər aparılacaq, nəqliyyat vasitələrinin vaxtında texniki baxışdan keçirilməsi və saz vəziyyətdə saxlanılmasının vacibliyi diqqətə çatdırılacaq.
Sürücülərdən nəqliyyat vasitələrinin texniki sazlığını nəzarətdə saxlamağı, atmosfer havasının qorunmasına dəstək olmağı xahiş edir və bütün yol hərəkəti iştirakçılarını “Təmiz Hava” aylığı tədbirlərinə töhfə verməyə çağırırıq.
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
Baş nazirdən benzin və dizel yanacağı ilə bağlı QƏRAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI - FOTOLAR
Donald Trampa edilən sui-qəsd cəhdi hansı mesajı daşıyırdı? - AÇIQLAMA
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Prezident "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb
Yollarda görünüş məhdudlaşacaq - 300-800 metrədək
Rus oliqarxın 500 milyonluq superyaxtası Hörmüzdən keçdi
Zelenskinin Azərbaycanla bağlı təklifinə Moskvadan reaksiya
İlham Əliyevin sosial şəbəkə hesabında Zelenskinin səfəri ilə bağlı VİDEO PAYLAŞILDI
Azərbaycan Ukraynaya 5 sərnişin avtobusu verdi - FOTOLAR











