"Zığ" quru yük limanı fəaliyyətini genişləndirir

“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin "Zığ" quru yük limanı fəaliyyətini beynəlxalq standartlara uyğunlaşdırır. Avtosfer.az xəbər verir ki, QSC-dən apa-ya verilən məlumata görə, hazırda 6 ha sahəyə malik liman tamamilə abadlaşdırılır, ərazi və körpülər betonlaşdırılır, qaldırıcı qurğular - kran və avtoyükləyicilər yenilənir. Bütün bu işlər limanın dövriyyəsini artırmağa yönəldilib. Nəzərdə tutulan işlər başa çatdırıldıqdan sonra yükaşırma müəssisəsi həm də logistik mərkəz rolunu oynayacaq. Xəzər dənizinin qərb sahilində yerləşən və 7 körpüyə malik “Zığ”quru yük limanının əsas üstünlüyü mərkəzə yaxın olmasıdır. Dəmiryolu xəttinin körpünün yaxınlığından keçməsi onun əlverişliliyini daha da artırır. Bu, yüklərin vaqonlardan gəmilərə və ya gəmilərdən vaqonlara vurulması prosesini asanlaşdırır. Limanda bərələrlə yük avtomobilləri, göyərtə yükləri, quru yük gəmiləri ilə konteyner, svay, boru, paletli yüklər qəbul olunur və göndərilir. Eyni zamanda, limanın həmin yükləri saxlamaq üçün böyük tutumlu anbarı var. Yükaşırma müəssisəsində gömrük və sərhəd keçid məntəqələrinin fəaliyyət göstərməsi isə müştərilərin işini yüngülləşdirmək baxımından əhəmiyyətlidir. “Zığ” quru yük limanında əməyin mühafizəsinə də xüsusi diqqət yetirilir. Müəssisədə təhlükəsizlik qaydaları qabaqcıl standartlara tam uyğunlaşdırılıb. Bütün bu üstünlüklər limana tələbatı artırır. Mövcud imkanların genişləndirilməsinə yönəldilən tədbirlər isə yeni iş yerlərinin açılmasına imkan verəcək. Qeyd edək ki, sözügedən ərazi əvvəllər Dəniz Nəqliyyat Donanmasının 57-ci körpüsü kimi tanınırdı. Yükaşırma müəssisəsinə liman statusu Dövlət Dəniz Administrasiyası tərəfindən ötən ilin aprelində verilib.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












