Zığda sürüşmənin aktivləşməsinin səbəbi açıqlanıb

“Zığda sürüşmə prosesinin aktivləşməsi sırf atmosfer yağıntılarının təsiri ilə əlaqəli deyil, sürüşmənin aktivləşməsinə səbəb tektonik amillərdir. Çünki Zığdan tektonik qırılma zonası keçir. Bu proses dayanmayacaq, əksinə davam edəcək”. Avtosfer.az xəbər verir ki, bu barədə apa-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, Zığda tektonik qırılmanın üzərində yerləşən bütün evlərdə çatlar əmələ gəlib: “Yaxşı olar ki, tektonik qırılmanın üzərində evlər, fabriklər, emal sexləri tikilməsin. Hətta Yeni Günəşlidən Zığ istiqamətində tektonik qırılma zonasının üzərinə hündürmərtəbəli binalar tikilib. Hazırda ərazidə tərəfimizdən müşahidələr aparılır, reperlər quraşdırılıb. Zığda layların yatımı dənizə tərəf, Köhnə Günəşli istiqamətindədir. Sürüşmələr də əks tərəfə baş verir ki, bu da relyefin, yamacın mailliyindən əmələ gəlir”.
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT












