“Zığ”da tikilmiş 5-ci yedək gəmi istismara verilib - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) inşa olunan növbəti gəmi istismara verilib.
Avtosfer.az ASCO-ya istinadən xəbər verir ki, “Azıx” adlandırılan yedək gəmisi Xəzər Dəniz Neft Donanmasının balansına qəbul edilib.
Gəminin uzunluğu 24,72, eni 6,60, bortunun hündürlüyü 3, suya oturumu 1,6 metr, dedveyti 14 tondur.
7 nəfərlik heyətlə idarə olunan gəminin sürəti 9 uzel təşkil edir. Yedək gəmisi göyərtəsinə 3 tonadək yük qəbul etmək imkanına malikdir.
“Azıx” Zavodda inşa edilən sayca beşinci gəmidir. Bundan öncə “ASCO 1” “Tərtərçay”, "Həkəriçay" və “Bərgüşadçay” adlı eyni tipli gəmilər tikilərək təhvil verilib. Hazırda bu seriyadan olan daha bir ədəd gəminin inşası davam edir. Həmin gəmilərin mərhələli şəkildə istismara verilməsi planlaşdırılır.
Beynəlxalq standartların tələblərinə cavab verən sözügedən gəmilərin layihələndirilməsini “ASCO Mühəndislik” MMC-nin əməkdaşları yerinə yetiriblər.
Xatırladaq ki, ZGTTZ-də geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri ilə yanaşı, müvafiq sertifikatlaşma əsasında 2017-ci ildən gəmilərin tikintisi də həyata keçirilir.

İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ














