Zirə-Türkan avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir - VİDEO

Zirə-Türkan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqıda Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Azəravtoyol” ASC tərəfindən yenidənqurma işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılır. ASC-dən Avtosfer.az verilən məlumata görə, hazırda yol boyu son tamamlanma işləri aparılır, yeni asfalt-beton örtüyünün üst qatının döşənməsi işləri görülür. Ümumilikdə yolun 65 min m2 sahəsinə 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtük döşənir. İki qəsəbəni birləşdirmək baxımından xüsusi əhəmiyyətə malik yeni yol bağlantısının uzunluğu 7.1 km-dir. Yolun 2 km-lik hissəsi Türkan qəsəbəsinin daxili yoludur, 5.1 km-lik hissə isə tam olaraq yeni tras üzərində layihələndirilib. Sözügedən hissə çınqıl və torpaq örtüklü olub. Bu üzdən vətəndaşların xüsusən payız-qış mövsümündə bu yolla hərəkətində xeyli çətinliklər yaranırdı. Yeni yolun tikintisi ilə bu problemlər geridə qalır.
“Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında, texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə yenidən qurulan Zirə-Türkan avtomobil yolunun hərəkət hissəsinin eni 7 metr, hər bir istiqamət üzrə 1.5 metr çiyin hissələr də daxil olmaqla yol yatağının eni 10 metr təşkil edir. Yaşayış məntəqələrindən keçən hissələrdə isə vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 1.5 metr enində yeni piyada səkiləri inşa olunub, 12.5 km uzunluğunda müxtəlif ölçülü yeni səki daşları düzülüb.
Layihə çərçivəsində zəruri olan yerlərdə yolun altından kommunikasiya xətlərinin ötürülməsi üçün xüsusi borular qoyulub, hərəkətin normal təşkili üçün 96 ədəd yol nişanı və məlumatverici lövhə, həmçinin yolun işıqlandırılmasını təmin etmək məqsədi ilə 185 ədəd işıq dirəyi quraşdırılıb.
Səth suların yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün zəruri ola yerlərdə yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları qoyulub və 3 yerdə su qəbuledici anbarlar inşa edilib. 6 yerdə avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə xüsusi “cib”li hissələr yaradılıb, yol boyu boş ərazilərdə kənarlarda 100-dən artıq ağac əkilib.
Qeyd edək ki, Zirə-Türkan yolunun tikintisi iki yaşayış məntəqəsinin 24 min nəfər əhalisinin gediş-gəlişini xeyli yaxşılaşdırır, yük və sərnişin daşımasını asanlaşdırır. Ən əsası vətəndaşların paytaxt mərkəzinə gediş-gəliş yolunu 15 km-ə yaxın qısaldır.



Namiq
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"










