Zirehli texnika azərbaycanlı sürücülərə hücum edənlərin düşərgəsindən çəkildi

Rusiya Qvardiyasının ("Rosqvardiya") zirehli texnikası və canlı qüvvəsi Dağıstanda günlərdir tətil edən və o cümlədən Azərbaycandan Rusiyaya yükdaşımaları əngəlləyən uzaq yol sürücülərinin düşərgəsindən geri çəkilib. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, ötən gün aprelin 2-də sürücülərin Manas yaxınlığındakı düşərgəsinin yaxınlığında ancaq bir neçə hərbçi qalmışdı, lakin sürücülər Rostov-Bakı federal trasından ağırtonnajlı yük maşınlarının keçməsini əngəlləməkdə davam edirlər. Hələ də yüzlərlə maşın, o cümlədən Azərbaycandan Rusiyaya meyvə-tərəvəz daşıyan TIR-lar yollarda hərəkətsiz qalıb. Onların bir çoxunun daşıdıqları yüklər artıq sıradan çıxıb. Xatırladaq ki, dağıstanlı TIR sürücüləri "Platon" şirkətinin federal yollardan istifadəyə görə yük maşınlarından yığıdığı haqqı 25 faiz artırmaq qərarına etiraz olaraq tətilə çıxıb. Eyni zamanda onlar Dağıstan üzərindən yük daşıyan başqa sürücüləri də əngəlləyib. Xəbər verildiyi kimi dağıstanlı sürücülər tərəfindən onların tələbinə tabe olmayıb maşınları saxlamaqdan imtina edən azərbaycanlı sürücülərə hücum olub, onların maşınlarından biri yandırılıb. "Novaya qazeta" xəbər verir ki, "dalnoboyşiklərdən" bir neçəsini daşlarla və "Molotov kokteyli" ilə saxlayıblar. Lakin "Rosqvardiya" sürücülərin aksiyasına müdaxilə haqda xəbərləri şərh etmir. Sürücülərin düşərgəsin Dağıstan parlamentinin bir qrup üzvü baş çəkib. Onlara bildirilib ki, bu gün Dağıstan rəhbəri Ramazan Abdulatipovun aksiyaçılarla görüşəcəyi gözlənilir. Xatırladaq ki, "Platon"a etiraz olaraq Rusiyanın qalan regionlarında da sürücülər tətil edib. Bu, son illərin Rusiyanı bürümüş ən irimiqyaslı tətil aksiyasıdır.

Ermənistan-Türkiyə sərhədinin açarı Azərbaycandadır
Qapısının ağzında maşın saxlayanlar cərimələnir? – AÇIQLAMA
Paytaxtın 19 küçəsində sıxlıq var - SİYAHI
"Güzgüyə ancaq üz qırxanda baxırlar" - Yollarda təhlükəsizliyi nələr təhdid edir? - VİDEO
Xaricdə təhsilə maraq artır, amma hər universitetin diplomu ölkədə tanınmır – TƏHSİL EKSPERTİ
İctimai nəqliyyatda yayxanaraq oturanları cərimə və həbs gözləyir? - VİDEO
Təmassız ödənişlərin sürətlə artımı ölkə iqtisadiyyatına necə təsir edir? – Mütəxəssis RƏYİ
Paytaxtda parklanma azdır, amma yerlər ləğv edilir – Səbəb nədir?
Paşinyan Əliyevdən hansı məsələdə kömək istəyib? - DETALLAR
Görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Bu küçə təmir işləri ilə əlaqədar 3 gün bağlı olacaq










