Zirzəmiyə yığılan su xəstəlik mənbəyinə çevrilib - VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO

Bakının bir sıra köhnə tikililərində kanalizasiya sularının bina altına dolması halları müşahidə olunur. Bu isə həm həmin binaların dayanıqlığına, həm də sakinlərin sağlamlığına ciddi təhlükə yaradır.
Avtosfer.az xəbər verir ki, belə narahatedici vəziyyət paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsi, Abbas Səhhət küçəsində yerləşən iki mərtəbəli binalardan birində yaşanır. Redaksiyamıza göndərilən videomaterialdan görünür ki, binanın zirzəmi kanalizasiya suları ilə dolub və bu, artıq xroniki hala çevrilib.
Sakinlərin sözlərinə görə, onlar bu problem barədə aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, məsələ ilə bağlı hələ də heç bir ciddi tədbir görülməyib. Məcbur qalan sakinlər öz vəsaitləri hesabına borular çəkərək zirzəmidə toplanan çirkab suları kənara axıtmağa çalışırlar. Lakin bu, problemin köklü həllinə nail olmur.
“İllərdir bundan əziyyət çəkirik. Evimizdə il ərzində azı iki dəfə təmir işləri aparmalı oluruq. Divarlarda nəmişlik yaranır, evin içini üfunət bürüyür. Üstəlik, bu rütubət müxtəlif xəstəliklərin yayılmasına da şərait yaradır,” – deyə sakinlər bildirirlər.
Sakinlər məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarını təcili şəkildə tədbir görməyə çağırır və bu problemin aradan qaldırılması üçün kömək istəyirlər. Onların əsas tələbi kanalizasiya xətlərinin yenilənməsi və su basmış zirzəmilərin təmizlənməsidir.
Eltac Zülfüqaroğlu
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?










