Ziya Bünyadov prospektinin bir hissəsi bağlanacaq

Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidləri, yolcizgi və yolgöstərici xətləri yenidən rənglənir. “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən Avtosfer.az-a verilən məlumata görə, analoji işlər bu gün Bakı Dairəvi-1 avtomobil yolunun Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından Lökbatan dairəsinədək olan hissəsində axşam saatlarınadək, saat 22:00-dan səhər saatlarınadək isə Ziya Bünyadov prospektində "Çermet" körpüsünün 20 Yanvar dairəsinədək olan hissəsində aparılacaq. Qeyd edək ki, rənglənmə işləri zamanı avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə qismən məhdudlaşdırılacaq. "Digər zolaqlar üzrə isə hərəkət açıq olacaq. Bu üzdən "Azəravtoyol” sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə edir", - deyə cəmiyyət əlavə edib.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












