Ziya Məmmədov Ağsuda - FOTO

Nəqliyyat naziri Ziya Məmmədov oktyabrın 21-də Ağsu şəhərində qəbul keçirib. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, nazir Şamaxı, İsmayıllı rayonlarında və Ağsu şəhərində yaşayan vətəndaşları qəbul edərək onların müraciət, şikayət və təkliflərini dinləyib. Vətəndaşların müraciətlərinə əsasən, İsmayıllı rayonunun yeni salınmış “XVI məhəllə” qəsəbəsinə və Ağsu-Cəlayır-Hacıuşağı kəndlərinə yeni marşrut açılması təklif olunub. Eyni zamanda, Ağsu şəhər avtovağzalının işlək vəziyyətinə gətirilməsinə köməklik göstərilməsi xahiş olunub. İsmayıllı və Ağsu rayonlarının nəqliyyat-yol kompleksində və görülmüş digər işlərlə əlaqədar minnətdarlıq ifadə olunub. Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılıb.



Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












