Ziya Məmmədov Ərdoğan və Binəli Yıldırımla bir arada - FOTO

Türkiyədə iyunun 30-da Yalova Kocaelini birləşdirəcək “Osmangazi” körpüsünün açılışı olub. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, təxminən 39 aya ərsəyə gələn körpünün açılışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım, müxtəlif ölkələrin dövlət və hökumət rəsmiləri ilə yanaşı, Azərbaycan nümayəndə heyəti də iştirak edib. Tədbirdə Azərbaycanı təmsil edən nümayəndə heyətinə Nəqliyyat naziri Ziya Məmmədov başçılıq edir.
Açılış mərasimində bu layihənin strateji əhəmiyyəti vurğulanıb. “Osmangazi” körpüsü vasitəsi ilə İstanbul və İzmir arasındakı 9 saatlıq məsafənin 3,5 saata qət etmək mümkün olacağı qeyd olunub. Körpünün uzunluğu 2,682 m, eni isə 35,93 m-dir. İnşa edilən körpünün dünyanın nəhəng inşaat layihələri arasında özünəməxsus yeri olduğu bildirilib. Türkiyə KİV–in yaydığı məlumata görə, körpü həm də bölgənin inkişafına yardımçı olacaq. Belə ki, körpünün yanında ticarət mərkəzləri tikiləcək, bu isə artıq minə yaxın iş yeri deməkdir.
Açılış mərasimindən sonra Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə tədbirdə iştirak etmiş yüksək vəzifəli qonaqlar üçün iftar mərasimi təşkil olunub.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziya Məmmədovun İstanbulda Türkiyə dövləti rəsmiləri ilə görüşləri nəzərdə tutulub.



İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












