Ziya Məmmədov “Rusiyanın fəxri dəmiryolçusu” oldu

Rusiyanın Nəqliyyat naziri Maksim Sokolovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə azərbaycanlı həmkarı Ziya Məmmədov arasında görüş keçirilib. Avtosfer.az Nəqliyyat Nazirliyinin saytına istinadən məlumat verir ki, nümayəndə heyətini qəbul edən Ziya Məmmədov Azərbaycanda son illər ərzində nəqliyyat-yol kompleksində görülmüş işlər barədə rusiyalı həmkarına ətraflı məlumat verib. Görüş zamanı Azərbaycan - Rusiya dövlət sərhədindən Samur (Azərbaycan Respublikası) - Yaraq-Qazmalar (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi barədə müzakirələr aparılıb. Bu körpününü Azərbaycan və Rusiya arasında beynəlxalq avtomobil daşımalarını təmin edən nəqliyyat sisteminin əsas halqası olduğu vurğulanıb və qeyd edilib ki, yeni körpü keçidi iki ölkə arasında avtomobil daşımalarının asanlaşmasına, məntəqənin buraxılış qabiliyyətinin, eləcə də yükdaşımaların həcminin artmasına xidmət göstərəcək.
Görüşdə, həmçinin Rusiya ilə Azərbaycan arasında nəqliyyat əlaqələrinin mövcud vəziyyəti, dəniz limanları və avtomobil nəqliyyatı sahəsində əməkdaşlığın perspektivləri, həmçinin ikitərəfli əlaqələrin digər aspektləri və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Rusiyanın nəqliyyat naziri M.Sokolov nəqliyyat naziri Z.Məmmədova "Rusiya Federasiyasının fəxri dəmiryolçusu" döş nişanını təqdim edib.
Emin
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












