Ziya Məmmədov sakinlərlə görüşdü - FOTO

Nəqliyyat naziri Ziya Məmmədov noyabrın 25-də Cəlilabad rayonunda növbəti qəbul keçirib. Avtosfer.az xəbər verir ki, nəqliyyat naziri Cəlilabad, Biləsuvar, Masallı rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciəti, şikayət və təkliflərini dinləyib. Vətəndaşların müraciətləri əsasən, Cəlilabad-Uzuntəpə marşrut xəttinə əlavə avtobusların buraxılması, Cəlilabad rayonunun Cavadxan küçəsindən keçməklə 2-ci şəhərdaxili marşrut xəttinin açılması ilə bağlı təkliflər, Biləsuvar şəhər mərkəzindən kəndlərə hərəkət edən avtobusların şəhər avtovağzalından hərəkətinin təşkili, əvvəllər mövcud olmuş Lənkəran-Qazax marşrut xəttinin bərpası və digər məsələlərlə bağlı olub. Həmçinin, Masallı, Biləsuvar, Cəlilabad rayonlarının nəqliyyat-yol kompleksində görülmüş işlərlə bağlı minnətdarlıq ifadə olunub.
Nazir Ziya Məmmədov vətəndaşların müraciət və şikayətləri ilə əlaqədar nazirliyin struktur rəhbərlərinə göstərişlər verib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Elmin





Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












