Ziya Məmmədova belə şikayət etdilər - FOTO

Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq, nəqliyyat naziri Ziya Məmmədov oktyabrın 7-də Naftalan şəhərində qəbul keçirib. Nazirlikdən Modern.az-a verilən məlumata görə, nazir Goranboy, Tərtər rayonlarında və Naftalan şəhərində yaşayan vətəndaşları qəbul edərək onların müraciət, şikayət və təkliflərini dinləyib. Vətəndaşların müraciətlərinə əsasən, Goranboy-Tapqaraqoyunlu yeni marşrut xəttinin açılması , Goranboy-Goran stansiyası yeni marşrut xəttinin açılması, eləcə də Goranboy-Xanqərvənd yeni marşrut xəttinin açılması təklif olunub. Eyni zamanda, Tərtər avtovağzalının yaxınlığında qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin görülməsi, Naftalan-Goranbo -Naftalan marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti göstərir. Qanunsuz sərnişindaşıma ilə məşğul olan bəzi şəxslərin həmin xəttə kənar müdaxilələrinin qarşısının alınması, Naftalan - Səfikürd avtomobil yolunun ( 5 km ) təmiri üçün müraciətinin müvafiq quruma göndərilməsi, Naftalan-Bakı-Naftalan və Naftalan-Gəncə-Naftalan marşrut xəttlərində işləyən avtobusların yeniləri ilə əvəz olunması xahiş olunub. Tərtər rayonunun yol-nəqliyyat kompleksində və görülmüş digər işlərlə əlaqədar minnətdarlıq ifadə olunub. Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılıb.
Emin
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI













