Ziya Məmmədovun adamının məhkəməsində bəraət - 7 kq qızıl qalmaqalı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə hökm oxunub. Dövlət ittihamçısı Rövşən Əhmədovun 10 il azadlıqdan məhrum edilməsini istəyib. R.Əhmədovun vəkili Adəm Məmmədov çıxış edərək məhkəmədə müvəkkilinə qarşı irəli sürülən ittihamın sübuta yetirilmədiyini deyib: “Həqiqətən Rövşən Əhmədov Çingiz Baxşıyevin qızıllarını götürmüşdüsə, niyə bunu 2 aydan sonra Rövşənə deyiblər? Başları qarışıq olub 7 kiloqram qızıl yaddan çıxıb? Rövşən Əhmədov günahsızdır və ona bəraət hökmü verilməsini xahiş edirik”. Məhkəmə kollegiyasının hökmü ilə R.Əhmədova bəraət hökmü verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, R.Əhmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun müşaviri Çingiz Baxşıyevin qohumudur. O, Çingiz Baxşıyevdən və onun qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevadan, ümumilikdə 800 min manat məbləğində qızıl və nağd pul alaraq qaytarmayıb. Qeyd edək ki, Çingiz Baxşiyev Nəqliyyat nazirinin sabiq müşaviri olub. Bundan əvvəl isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsində işləyib.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












