Ziya Məmmədovun oğlunun şirkəti bağlandı - RƏSMİ

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 23 sentyabr 2016-cı il tarixli qərarına əsasən “Qarant Sığorta” ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyası sığortaçının müraciətinə əsasən ləğv edilib. Qurumdan Avtosfer.az-a verilən məlumata görə, “Qarant Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı tərəfindən 25 dekabr 2015-ci il tarixində sığortaçının könüllü ləğv edilməsinə dair qəbul edilmiş qərarla bağlı Palataya müraciət daxil olub.
Palata “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.1-ci maddəsini və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq “Qarant Sığorta” Açıq Səhmdar Cəmiyyətinin sığorta fəaliyyəti üçün verilmiş 23 iyul 2013-cü il tarixli 000950 nömrəli, 955 qeydiyyat nömrəli lisenziyasının ləğv edilməsi barədə qərar qəbul edib.
"Qarant Sığorta" ASC könüllü ləğvolunma prosesində olduğundan və şirkətin istehlakçılar qarşısında öhdəliklərin icra olunmasını təmin etmək məqsədi ilə sığorta müqavilələrini (poertfelini) qanunvericilik çərçivəsində “Paşa Sığorta” ASC-yə ötürüb.
Fidan
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA













