Ziyarətə gedənlərin nəzərinə - Qiymətlər qalxır

Hazırda bütün dünya qlobal iqtisadi böhranın təsirləri altındadır. Bu məqamda Səudiyyə Ərəbistanın büdcəsində yaranan kəsirləri ziyarət və viza qiymətlərinin qalxması ilə dolduracağı istisna edilmir. Xüsusilə neftin qiymətlərinin enməsi buna birbaşa təsir edən amillərdəndir. Bir çox ekspertlər qiymətlərin qalxmasından sonra Həcc ziyarətinə gedənlərin sayının kəskin azalacağını da bildirir.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov modern.az-a açıqlama verib. QMİ rəsmisi qiymət artımı ilə bağlı müzakirələrin əbəs olmadığını bildirib:
“Məndə olan məlumata görə, Səudiyyə Ərəbistanı Ümrə ziyarəti üçün müəyyən olunan qiymətləri 500 dollar bahalaşdırıb. Bu üzdən də Həcc ziyarətinin də qiymətinin bahalaşacağı gözləniləndir. Hər halda indidən konkret nə isə demək çətindir. Buna görə bir qədər gözləmək lazımdır”.
QMİ-nin məlumatına görə, 2016-cı ildə Həcc ziyarətlərinin qiyməti gündə iki dəfə yemək verilən və komfortu az olan otellərdə qalanlar üçün 3500 dollar, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyənlər üçün isə 4500 dollar təşkil edib.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1050 zəvvar gedib. Onlardan 60 faizi kişi, 40 faizi qadınlar olub. Bu il ən yaşlı zəvvarın 83, ən gəncinin isə 14 yaşı olub.
2015-ci ildə Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Builki limit ötənilkindən az - 1500 nəfər planlaşdırılmışdı. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










