“Zülfi Hacıyev” kran gəmisi təmirə qaldırıldı - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus “Zülfi Hacıyev” kran gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda tərsanəyə qaldırılıb. Gəmiçilikdən Avtosfer.az-a verilən məlumata görə, hazırda gəminin suüstü hissəsinin rənglənməsi, sükan və avar qurğularının yığılması, sağ ballerin yonulması işləri görülür. Gəmi üzrə gövdə-qaynaq işləri isə başa çatmaq üzrədir. Kran gəmisinin braşpil və arxa şpili, elektrik və avtomatika sahələri də təmir olunacaq. Həmçinin, beş ədəd yeni qapı hazırlanacaq. "Təmirçilərin məlumatına görə, gəminin sinxron generatorları sökülüb. Hazırda qüsurların aydınlaşdırılması işləri yerinə yetirilir. Baş generatorların texniki vəziyyətinə baxış keçirilib və qənaətbəxş hesab edilib. Gəminin tərsanədən salınması iyunun 10-na planlaşdırılır, tam təmirdən çıxması isə iyunun 25-nə nəzərdə tutulur",- deyə məlumatda bildirilib. Xatırladaq ki, “Zülfi Hacıyev” kran gəmisinin uzunluğu 98,98 metr, eni isə 17,43 met, sürəti 11,35 uzeldir. Kranın yükqaldırma qabiliyyəti 100 tondur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












