
“06”nı yandıraraq qaçan şəxs anbaan kameraya düşdü - VİDEO
Hadisə
7 Avqust 2023 23:03
Oxunub 4174

Müşfiqabad qəsəbəsində avtomobil yandırılaraq yararsız hala salınıb.
Avtosfer.az-ın məlumatına əsasən, hadisə 5 avqust tarixində gecə saatlarında cərəyan edib. Obyektin kamerasına anbaan düşən görüntüdən bəlli olduğu kimi, parklanmış “VAZ-2106” markalı avtomobilə yaxınlaşan şəxs benzin tökərək maşını yandırıb və qaçıb. Yanğın baş verən zaman ətrafda insan olmasa da, bir müddət sonra sexdə işləyən usta hadisədən xəbərdar olub. Olay şahidinin sözlərinə görə, hadisəni törədən şəxs bir neçə dəqiqə əvvəl onunla söhbət edib, daha sonra sağollaşaraq avtomobili sıradan çıxarıb. Həmçinin o, avtomobilin hansı məqsədlə yandırılmasının məlum olmadığını qeyd edib.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR