
“06”nın şüşəsini yumruğuyla sındırıb yanğının qarşısını aldı - VİDEO
Hadisə
18 İyul 2023 18:34
Oxunub 19170

Qəfil alışmağa başlayan avtomobil insanlar tərəfindən zərərsizləşdirilib.
Avtosfer.az-ın məlumatına əsasən, sosial şəbəkələrdə maraqla qarşılanan hadisə dünən paytaxtın mərkəzi küçələrindən birində baş verib. Görüntüdən bəlli olduğu kimi, “VAZ-2106” markalı avtomobilin salonu qəflətən tüstülənməyə başlayıb. Bu zaman yaxınlıqda olan vətəndaşlar yaranmış təhlükənin qarşısını almaq üçün hərəkətə keçiblər. Belə ki, onlardan biri xüsusilə canfəşanlıq edərək avtomobilin yan şüşəsini yumruğu ilə sındırıb. Daha sonra maşına daxil olan şəxs onun salonunu sulamağa başlayıb. Həmçinin digər şəxslər də yardımını əsirgəməyib.
Qeyd edək ki, yanğının nədən yaranması məlum deyil.
Nərmin
ŞƏRH YAZ